Narkotik, pornoqrafiya, əxlaqsız ifadələr, qumar, intiharı təbliğ, şəxsi həyatın toxunulmazlığını pozan informasiyaların yerləşdirilməsi və təhqir hallarında internet informasiya ehtiyatının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq:
- narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar;
- pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;
- kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar
- qumar təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla);]
-. intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar;
- “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla);
- təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;
- insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar.
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
Sosial
Cəzaçəkmə yerlərindən azad edilmiş daha 444 şəxs işlə təmin edilib
Daşınmaz əmlakla bağlı sorğulara cavab verilməməsinə görə cərimə müəyyənləşir
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq
Toxumçuluq haqqında qanunvericiliyin tələbələrini pozanlar cərimələnəcək
Xəbər Lenti
Hikmət Hacıyev Azərbaycan və Türkmənistan prezidentlərinin Şuşa səfərinə dair paylaşım edib
Hikmət Hacıyev: Azərbaycan və Türkmənistan prezidentlərinin Şuşada gəzintisi qarşılıqlı etimadın bariz ifadəsidir
Qubada avtomobil 34 yaşlı kişini vuraraq öldürüb
İran XİN: ABŞ rəsmilərinin təhdidlərindən sonra birbaşa dialoqu dayandırdıq
Şəki-Zaqatalada iki yeni su anbarı 44 min ha torpağın su təminatını yaxşılaşdıracaq
İran zədələnmiş nüvə obyektlərinin AEBA tərəfindən yoxlanılmasının planlaşdırılmadığını bildirir
ADSEA: Ötən il 55 km-dən çox suvarma kanalı beton üzlüyə alınıb
Zaur Əliyev: 5 hektardan böyük əkin sahələrində lazer hamarlama vacibdir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə yola salınıb - FOTO
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
Nazir müavini: Şəki-Zaqatalanın aqrar potensialının reallaşması üçün suvarma sistemi həlledici rol oynayır
Şahmar Mövsümov: Dövlət Proqramı qarşıdakı beş ildə aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəddir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
Cəzaçəkmə yerlərindən azad edilmiş daha 444 şəxs işlə təmin edilib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ağcabədidə 16 yaşlı iki əmioğlu itkin düşüb
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna təbrik ünvanlayıb
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Qaxda regional müşavirə keçirilir - FOTO
Daşınmaz əmlakla bağlı sorğulara cavab verilməməsinə görə cərimə müəyyənləşir
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq
Toxumçuluq haqqında qanunvericiliyin tələbələrini pozanlar cərimələnəcək
Kibertəhlükəsizliyə dair tələblərin pozulmasına görə cərimələr müəyyənləşir
Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq
Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq
Kraudfandinqlə əlaqədar ödənişlər nağdsız aparılacaq
Kraudfandinq platforması ilə əlaqədar dövlət rüsumu müəyyənləşir
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir
Qubada xeyli narkotik dövriyyədən çıxarılıb
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
Kənd təsərrüfatı torpaqlarının konsolidasiyasına dair tələblər olacaq
Masallıda 7 kq narkotik aşkarlanıb
Peşə tanınması imtahanının nəticələri açıqlanıb
Türkmənistan Prezidenti Füzuli rayonuna gəlib
Kürdəxanıda 71 yaşlı kişi ağacdan yıxılaraq ölüb
“Qaz təchizatı sisteminə dair Qaydalar” təsdiqlənib
Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti təkmilləşdiriləcək
Azərbaycanla Pakistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Tərtər sakini narkotik bitkilərin kultivasiyasına görə tutulub
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq
“Daşnaksütyun”un liderlərindən olan İşxan Saqatelyanın evində axtarış aparılır
FHN Novxanıda istirahət mərkəzində təlim keçirib
Ermənistan hərbçisi təlimdə yaralanıb, bir ayağını itirib
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edib - VİDEO
DÇ-2026: Artıq dörd ölkənin millisi turnirlə vidalaşıb
Armen Qriqoryan Polşada Ukraynanın Bərpası Konfransında iştirak edəcək
DÇ-2026: Əlcəzair İordaniyanı məğlub edib
APA TV-də XƏBƏRAPARAN - CANLI
İran 12 milyard dollarlıq aktivlərin dondurulmasının ləğvinə başlanıldığını bəyan edib