Bank Of Baku

İraqın baş naziri gələn həftə Tehrana səfər edəcək

İraqın Baş naziri Əli əz-Zeydi

© APA | İraqın Baş naziri Əli əz-Zeydi

# 19 iyul 2026 23:50 (UTC +04:00)

İraqın Baş naziri Əli əz-Zeydi gələn həftənin sonunda Tehrana rəsmi səfər edəcək.

Bu barədə İraq Xarici İşlər Nazirliyinin bəyanatına istinadən INA agentliyi məlumat yayıb.

Məlumata görə, səfər zamanı tərəflər ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən bir sıra qarşılıqlı anlaşma memorandumları imzalamağı planlaşdırırlar. Bu məsələlər Bağdadda İraq xarici işlər nazirinin müavini ilə İranın ölkədəki səfiri arasında keçirilən görüşdə də müzakirə olunub.

Qeyd edək ki, İraqın Baş naziri bundan əvvəl ABŞ-a rəsmi səfər edib və Prezident Donald Trampla danışıqlar aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR