İstehsalata cəlb olunan tələbələrin müavinətlərinə vergi güzəştlərinin tətbiq edilməsi təklif edilir

İstehsalata cəlb olunan tələbələrin müavinətlərinə vergi güzəştlərinin tətbiq edilməsi təklif edilir
# 28 noyabr 2023 13:35 (UTC +04:00)

Vergi Məcəlləsinə dəyişiklik aparılmasını təklif edəcəyik.

APA xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda məlumat verib.

"İstehsalata cəlb olunan tələbələrin aldıqları müavinətlərə müəyyən vergi güzəştlərinin tətbiq edilməyini istəyirik. Bu, gəlir kimi yox, xərc kimi qeydə alınmalıdır. Elə edilməlidir ki, müəssisələr də gənc kadrları cəlb etməkdə maraqlı olsunlar. Hazırda özəl müəssisələr tələbələri istehsalat təcrübəsinə cəlb etməkdə maraqlı deyillər" - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR