Bank Of Baku

Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb

Keçən il nikahdankənar doğulan uşaqların sayı açıqlanıb
# 04 mart 2026 16:26 (UTC +04:00)

2025-ci ildə 11 558 nikahdankənar uşaq doğulub.

APA xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə deyib.

Nazir müavini qeyd edib ki, 2022-ci ildə bu rəqəm 18 814, 2023-cü ildə 15 622, 2024-cü ildə isə 13 228 olub.

Toğrul Hüseynov bu rəqəmin azalmasını ölkədə aparılan effektiv hüquqi tənzimləmənin və dövlət orqanlarının birgə fəaliyyətinin nəticəsi kimi qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR