Kəlbəcər şəhərində istifadəyə verilən 1-ci yaşayış kompleksinə media-tur təşkil olunub.
APA-nın yerli bürososunun məlumatına görə, jurnalistlər 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub. Media nümayəndələrinə yaşayış kompleksi barədə məlumat verilib.
Kəlbəcər rayonunda Bərpa və tikinti idarəetmə xidmətinin mətbuat xidmətinin rəhbəri Nuranə Babayeva deyib ki, Kəlbəcərdə birinci yaşayış kompleksinə ilkin olaraq 20 ailə köçürülüb.
Qeyd olunub ki, birinci yaşayış məhəlləsi 201 bir mənzildən ibarət olacaq. Burda 2, 3, 4 otaqlı mənzilər nəzərdə tutulub.
Qeyd edək ki, avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.