Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Naxçıvana səfər edib.
APA-nın yerli bürosu xəbər verir ki, Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları səfər çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsini ziyarət edib, daha sonra Heydər Əliyev muzeyində olublar.
Kəmaləddin Heydərov və FHN heyəti Naxçıvanda Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edəcək.