Kəmaləddin Heydərovun Şamaxıda nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişib

Kəmaləddin Heydərov

© APA | Kəmaləddin Heydərov

# 24 iyun 2025 15:08 (UTC +04:00)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyunun 27-də Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan Şamaxı və Qobustan rayonları sakinlərinin qəbulunun tarixi dəyişib.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Qəbul iyunun 30-da Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 10.00-da başlayacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı 29 iyun tarixində Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 09.00-dan aparılacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR