Paşha Bank
Bank Of Baku

Komitə sədri: Müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız ənənəvi hərbi güclə ölçülmür

Komitə sədri: Müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız ənənəvi hərbi güclə ölçülmür
# 11 noyabr 2026 12:20 (UTC +04:00)

"44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin bütün ərazisində suverenliyin bərpası Azərbaycanın hərbi və siyasi tarixində mühüm mərhələdir. Lakin hərbi uğurların qorunması və gələcək təhlükəsizlik çağırışlarına hazır olmaq davamlı iş tələb edir".

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında komitə sədri Arzu Nağıyev deyib.

Komitə sədri bildirib ki, müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız ənənəvi hərbi güclə ölçülmür:

“Kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, enerji infrastrukturlarının qorunması, iqtisadi təhlükəsizlik və strateji kommunikasiya xətlərinin mühafizəsi də milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Ona görə də gələcək illərdə müdafiə və təhlükəsizlik sahəsində büdcə vəsaitlərinin planlaşdırılması zamanı bu istiqamətlərin də nəzərə alınması vacibdir”.

Arzu Nağıyev qeyd edib ki, müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, regionumuzda təhlükəsizlik çağırışlarının davam etdiyi bir şəraitdə güclü dövlət olmaq, güclü orduya malik olmaq və təhlükəsizlik sistemini daim təkmilləşdirmək strateji zərurətdir: “Dövlətimizin təhlükəsizlik siyasəti yalnız silahlı qüvvələrin saxlanılması ilə məhdudlaşmır. Buraya milli təhlükəsizlik, sərhədlərin qorunması, xüsusi müdafiə layihələri və digər strateji tədbirlər də daxildir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR