“Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi tam ədalətlidir”.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, bunu bu gün Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesa bildirib.
Salvador Antonio Valdes Mesa ölkəsinin illər ərzində blokadaya məruz qaldığını, amma Kuba xalqının mübarizə və azadlıq əzminin heç vaxt tükənmədiyini bildirib. Vitse-prezident, BMT Baş Assambleyasında Kuba ilə əlaqədar təqdim olunan qətnamələrə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə edib.