Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-nə məxsus 3 hərbi avtomobilin Xankəndidən Laçına maneəsiz keçidi təmin olunub.
Avtomobillərin aksiya keçirilən yerdən sərbəst hərəkətinə şərait yaradılıb.
***
16.17
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus 7 təminat, 1 təchizat və iki minik avtomobilinin sərbəst keçidi baş tutub.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-nə məxsus 10 avtomobil Laçından Xankəndinə maneəsiz keçid edib.
Avtomobillərin aksiya keçirilən yerdən sərbəst hərəkətinə şərait yaradılıb.