Bank Of Baku

Laçın-Xankəndi yolunda etirazlar 32 gündür davam edir - FOTO - VİDEO - YENİLƏNİB

Laçın-Xankəndi yolunda etirazlar 32 gündür davam edir - FOTO  - VİDEO  - YENİLƏNİB
# 12 yanvar 2023 15:25 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiyanın 32-ci günündə, günorta saatlarında havanın şaxtalı olmasına baxmayaraq, etirazçıların sayında artım müşahidə olunur.

Aksiya zamanı hər hansı insident müşahidə edilməyib.

***

09.09

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiyanın 32-ci günündə hava hərarətinin -10-12 olmasına baxmayaraq aksiyada iştirakçılar etirazlarını davam etdirir.

Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib.
Hazırda havanın temperaturu -9 dərəcədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR