Bank Of Baku

Laçın-Xankəndi yolundakı aksiya 41-ci gündür davam edir - FOTO - VİDEO

Laçın-Xankəndi yolundakı aksiya 41-ci gündür davam edir - FOTO  - VİDEO
# 21 yanvar 2023 08:13 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA xəbər verir ki, aksiya bütün gecə boyu havanın şaxtalı olmasına baxmayaraq səhərə qədər davam edib.

Gecə Şuşada havanın tempraturu -4 dərəcə olub, hazırda isə -2 dərəcədir.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ekofəallar aksiyanın 41-cı günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR