Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, BQXK-nın bu gün səhər saatlarında Laçına doğru gedən maşınları geriyə qaydıb. BQXK-nın 6 minik, 2 yük maşını Xankəndiyə keçid edib.
***
09.33
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn BQXK-ya məxsus avtomobillər aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçib. Avtomobillərdə mülki ermənilər olub.