Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu gün səhər saatlarında Laçına doğru gedən BQXK-ya məxsus avtomobillər geriyə qayıdıb. BQXK-nın beş minik, iki yük maşını Xankəndiyə maneəsiz keçid edib.
***
09.25
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus altı minik, yeddi yük avtomobilli aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçib.
Minik avtomobillərində mülkü erməni sakinlər olub.