Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus maşınlar bir qədər əvvəl yoldan növbəti dəfə keçid edib.
Səhər saatlarında Xankəndidən gəlib Laçın istiqamətinə maneəsiz keçid edən BQXK-ya məxsus avtomobillər geriyə Xankəndiyə qaydıb.
***
09.35
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndidən gələn BQXK-ya məxsus 6 minik, 2 yük avtomobilli aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.