Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Səhər saatlarından Xankəndidən gəlib, Laçına gedən Beynəlxalq Qızıl Xaş Komitəsinə (BQXK) avtomobilləri geriyə, Xankəndiyə qayıdıb. Avtomobillərdə erməni əsilli sakinlər də olub.
***
08.56
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn BQXK- nə məxsus 6 minik avtomobilli aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib. Avtomobillərdə erməni əsilli sakinlər olub.