Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, hazırda aksiya yerindən Laçından Xankəndi istiqamətinə 1 minik avtomobili keçid edib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən keçidə şərait yaradıb.