Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir. RSK-ya məxsus daha bir yük maşını maneəsiz keçib edib.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bundan bir qədər əvvəl RSK-ya məxsus avtonəqliyyatın hərəkətinə şərait yaradılıb.
Beləliklə səhər saatlarından indiyədək RSK-ya məxsus 32 avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.
***
18:04
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarından indiyədək RSK-ya məxsus 30 avtomobilin maneəsiz keçidinə şərait yaradılıb. Günün birinci yarsında RSK-ya məxsus avtomobillərin Xankəndindən Laçın istiqamətinə, günün ikinci yarsında isə Laçın istiqamətindən Xankəndinə maneəsiz keçidi müşahidə olunub.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
***
15.11
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-nə məxsus 10 maşından ibarət karvan Laçından Xankəndiyə doğru hərəkət edib.
***
12.50
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-nin bir maşını Xankəndidən Laçına, digər avtomobili isə Laçından Xankəndiyə doğru keçid edib.
İndiyədək yoldan ümumilikdə RSK-nın 18 maşını maneəsiz keçid edib.
***
10.31
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-nə məxsus 12 yük, 3 minik avtomobilindən ibarət karvan Xankəndidən Laçın istiqamətinə maneəsiz keçid edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
***
09.44
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus minik avtomobili Xankəndindən Laçın istiqamətinə maneəsiz keçid edib.