Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus 2 yük maşını Xankəndiyə maneəsiz keçib.
Səhər saatlarından indiyədək RSK-ya məxsus 79 maşın aksiya keçirilən ərazidən maneəsiz keçid edib.
***
15.14
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Maşın karvanı 8 yanacaq daşıyan maşından ibarət olub.
Səhər saatlarından indiyədək RSK-ya məxsus ümumilikdə 65 maşın maneəsiz keçid edib.
***
14:29
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, aksiya keçirilən ərazidən RSK-nın daha bir maşın karvanı maneəsiz keçid edib.
Laçın istiqamətindən gələn 20 maşından ibarət karvan Xankəndiyə gedib.
***
11:08
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanı maneəsiz keçid edib. Xankəndidən gələn 1 minik, 12 yük avtomobili Laçın istiqamətinə keçib.
***
09.36
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndi istiqamətindən gələn RSK-ya məxsus səkkiz maşından ibarət karvan Laçın istiqamətinə maneəsiz keçid edib.