Bank Of Baku

Laçın-Xankəndi yolundan RSK-nın 75 maşını keçib - FOTO - YENİLƏNİB-3

# 02 mart 2023 20:35 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, hazırda Laçın istiqamətindən gələn RSK - ya məxsus 2 yük maşını aksiya keçirilən ərazidən maneəsiz keçərək Xankəndinə gedib.

Ümumilikdə səhər saatlarından indiyədək Laçın - Xankəndi yolundan RSK ya məxsus 75 maşın sərbəst keçid edib.

***

Saat 13:36

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus daha bir maşın karvanı yoldan maneəsiz keçid edib. Laçın istiqamətindən gələn 18 avtomobil Xankəndiyə, Xankəndidən gələn 3 yük maşını isə Laçına gedib.

Səhər saatlarından indiyədək RSK-ya məxsus 61 maşın yoldan maneəsiz keçid edib.

***

12.27

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus daha bir maşın karvanı yoldan maneəsiz keçid edib. Xankəndidən gələn 1 minik, 17 təminat-təchizat avtomobili aksiya keçirilən ərazidən keçərək Laçın istiqamətinə hərəkət edib.

***

11.48

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus səkkiz yanacaq daşıyan maşın Laçın istiqamətinə maneəsiz keçid edib.

***

10.21

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus iki yük avtomobili aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR