Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, son bir saat ərzində Xankəndidən Laçına, Laçından Xankəndi istiqamətinə 5 minik və 12 yük avtomobili keçib.
Bu gün ərzində RSK-nə və Beynəlxalq Qızıl Xaç Komitəsinə aid ümumilikdə 63 avtomobil aksiya keçirilən ərazidən keçib.
Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.
***
12.36
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçına keçən RSK-ya məxsus 6 yük maşını geriyə - Xankəndiyə qayıdıb.
***
11.52
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-nə məxsus maşın karvanı - 2 minik, 9 yük avtomobili Xankəndidən Laçın istiqamətində hərəkət edib.
Səhər saatlarından indiyədək RSK-nə məxsus 28, Beynəlxakq Qızıl Xaç Komitəsinə məxsus 4 avtomobil aksiya keçirilən ərazidən maneəsiz keçid edib.
***
10.30
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Xankəndidən Laçına RSK-nın 10 maşındn ibarət karvanı keçib.
***
10.19
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Laçın-Xankəndi yolundan RSK-nın 4 maşınının maneəsiz keçidinə şərait yaradılıb.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
Səlcuq Elçin
Habil Aslanoğlu