Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn maşın karvanı maneəsiz keçid edib. RSK-ya məxsus 11 təminat maşını aksiya keçirilən ərazidən maneəsiz keçərək Xankəndiyə gedib.
Səhər saatlarından indiyədək RSK-ya məxsus 46 təminat, təchizat maşını yoldan maneəsiz keçid edib.
***
14.29
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus daha bir bir maşın karvanı aksiya keçirilən ərazidən keçid edib. Laçın istiqamətindən gələn 10 maşından ibarət karvan Xankəndiyə gedib.
***
13.46
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Laçın istiqamətindən gələn bir minik, on beş yük maşını aksiya keçirilən ərazidən maneəsiz keçərək Xankəndiyə gedib.
***
12.30
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb. Xankəndidən Laçın istiqamətinə, eləcə də Laçından Xankəndi istiqamətinə RSK-ya məxsus maşınlar aksiya keçirilən ərazidən keçid edib.