Bank Of Baku

Laçın-Xankəndi yolundan RSK-nın daha bir maşın karvanı keçid edib - YENİLƏNİB-4 - FOTO

Laçın-Xankəndi yolundan RSK-nın daha bir maşın karvanı keçid edib - YENİLƏNİB-4  - FOTO
# 25 fevral 2023 20:46 (UTC +04:00)

RSK-ya məxsus daha bir maşın karvanı Laçın-Xankəndi yolundan maneəsiz keçid edib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn 2 minik, 6 yük avtomobili aksiya keçirilən ərazidən maneəsiz keçərək Xankəndinə gedib.

***

19.44

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn RSK-ya məxsus bir minik, üç yük maşını aksiya keçirilən ərazidən maneəsiz keçid edərək Xankəndinə gedib.

***

13:35

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn 15 maşından ibarət karvan Xankəndinə maneəsiz keçid edib.

***

13:34

RSK-yə məxsus daha bir maşın karvanı Laçın-Xankəndi yolundan maneəsiz keçid edib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndi istiqamətindən gələn 20 maşından ibarət karvan Laçın istiqamətinə hərəkət edib.

***

12:29

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn RSK-ya məxsus 4 avtomobil Laçın istiqamətinə maneəsiz keçid edib.

***

11:28

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndi istiqamətindən gələn RSK-ya məxsus avtomobillər Laçın - Xankəndi yolundan maneəsiz keçid edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR