Bank Of Baku

Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanları keçib - FOTO - YENİLƏNİB

Laçın-Xankəndi yolundan RSK-nın maşın karvanları keçib - FOTO  - YENİLƏNİB
# 09 mart 2023 13:15 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın-Xankəndi yolundan RSK-ya məxsus daha üç maşın karvanı maneəsiz keçib. Laçın istiqamətindən gələn karvanlardan biri 8, digəri 24 maşından, Xankəndi istiqamətindən gələn karvan isə 14 maşından ibarət olub. Karvanlar hər iki istiqamətə maneəsiz keçidc edib.

***

11.31

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillərin yoldan maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb.

Xankəndi istiqamətindən gələn 8 maşından ibarət karvan Laçına maneəsiz keçid edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR