Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus daha 3 minik avtomobili yoldan maneəsiz keçid edib.
Laçın istiqamətindən gələn avtomobillər Xankəndiyə doğru hərəkət edib. Avtomobillərin maneəsiz keçidini ərazidə olan xarici KİV nümayəndələri də izləyib.
***
14.57
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus daha bir maşın karvanı yoldan keçib.
Laçın istiqamətindən gələn 1 minik, 14 yük maşını Xankəndiyə gedib. Səhər saatlarından indiyədək RSK-ya məxsus 56 avtomobil maneəsiz keçid edib.
***
11.15
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus maşın karvanı maneəsiz keçid edib.
Xankəndidən gələn RSK-ya məxsus 3 minik, 21 yük maşını Laçın istiqamətinə, Laçından gələn 2 təminat maşını Xankəndiyə keçid edib.
***
10.24
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus 4 yanacaq daşıyan maşın Laçına, 1 təminat maşını isə Xankəndiyə maneəsiz keçid edib.