Rusiya sülhməramlılarına məxsus avtomobil karvanı Laçından Xankəndi istiqamətinə keçib.
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, sülhməramlılara məxsus 15 təminat, təhcizat və canlı qüvvə daşıyan avtomobil karvanı Laçından Xankəndi istiqamətinə keçib.
***
17:45
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi gün ərzində davam edib.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, gün ərzində indiyə qədər RSK-ya məxsus 16 maşın yoldan Xankəndiyə və Laçına doğru keçid edib.
RSK-nın təminat və minik avtomobilləri yolda maneəsiz hərəkət edirlər.
Aksiya iştirakçıları yoldan çəkilərək RSK-nə məxsus avtomobillərin keçidi üçün dəhliz açır.