Laçın yolundan RSK-nın avtomobil karvanı keçib - FOTO - VİDEO - YENİLƏNİB-1

Laçın yolundan RSK-nın avtomobil karvanı keçib - FOTO  - VİDEO  - YENİLƏNİB-1
# 10 yanvar 2023 15:36 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl aksiya keçirilən yerdən RSK-nın 2 minik, bir yük avtomobili Laçından Xankəndiyə maneəsiz keçid edib.

Səhər saatlarından indiyədək RSK-yə məxsus 16 maşının maneəsiz keçidinə şərait yaradılıb.

***

11.50

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobil karvanının maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, 8 avtomobildən ibarət karvan Xankəndidən Laçına keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

***

11:25

Laçın-Xankəndi yolunda Xankəndindən Laçına bir minik avtomobili maneəsiz keçid edib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu gün səhər saatlarından indiyədək 7 avtomobil keçid edib.

Bunlardan 4-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR