Bank Of Baku

Laçın yolundan RSK-nın daha 5 maşını keçib - VİDEO - YENİLƏNİB-1

Laçın yolundan RSK-nın daha 5 maşını keçib - VİDEO  - YENİLƏNİB-1
# 05 yanvar 2023 12:04 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz aksiyasının keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinin (RSK) nəqliyyat vasitələrinin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bir qədər əvvəl aksiya keçirilən ərazidən, RSK-nın iki minik maşını Xankəndidən Laçına, 3 təminat maşını isə Laçından Xankəndiyə keçid edib.

***

10.46

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz aksiyasının keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinin (RSK) nəqliyyat vasitələrinin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bir qədər əvvəl aksiya keçirilən ərazidən, RSK-nın daha 2 minik və 6 təminat maşınının Xankəndidən Laçına maneəsiz keçidi təmin olunub.

***

10.16

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz aksiyasının keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinin (RSK) nəqliyyat vasitələrinin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün aksiya keçirilən ərazidən, RSK-nın təminat maşınının Xankəndidən Laçına maneəsiz keçidi təmin olunub.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR