Laçında Novruz yarmarkası keçirilir - FOTO - VİDEO

Laçında Novruz yarmarkası keçirilir - FOTO  - VİDEO
# 19 mart 2024 15:04 (UTC +04:00)

Laçında "Can Laçın" Novruz yarmarkası keçirilir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Laçın sakinləri uzun illər sonra baharı doğma yurdlarında qarşılayır.

“Can Laçın” Novruz yarmarkasında həm Laçında ərsəyə gələn məhsullar və tanınmış sənətkarların əl işləri sərgilənir, həm də bayram şənliyində milli adətlərə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunur.

“Can Laçın” Novruz yarmarkası ilaxır çərşənbə - Torpaq çərşənbəsi günündə Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə Xüsusi Nümayəndəliyi, Bakı Abadlıq Xidməti MMC və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə Həkəri çayı kənarında keçirilir.

“Can Laçın” yarmarkasına usta Hüseyn Hacı Mustafazadə məşhur şəbəkələri, Aqil Kərimov milli üslubda hazırladığı papaqlarla, usta Zahid Vələdov milli musiqi alətləri ilə, xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulova şəxsi kolleksiyası ilə qoşulublar.

Bundan başqa, yarmarkada “Gilabi Ceramics”, “İslimi”, “Zili”, “Darayı” milli brendlərinin məhsulları sərgilənir.

Laçında becərilən kənd təsərrüfatı məhsulları, Laçın xanımlarının əl işləri və şirniyyatlar, “Zerti Aqrosənaye” kompleksinin məhsulları da yarmarkada yer alır.

“Can Laçın” yarmarkası tanınmış müğənnilərin konsert proqramı ilə davam edir.

Qeyd edək ki, “Can Laçın” yarmarkası ilk dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təşkil olunub və həmin vaxt belə yarmarkaların davamlı olacağı bildirilib. Bu məqsədlə ikinci böyük yarmarka məhz Novruz bayramı ərəfəsində təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR