Laçında bu gün fəaliyyətə başlayan xalçaçılıq mərkəzində Qarabağ xalçaçılıq məktəbinə aid "Qasımuşağı" xalçaları toxunacaq.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Laçında açılan "İslimi" xalça mərkəzinin rəhbəri Bəhmən Hacıyev deyib: "Biz burada ancaq Laçın çeşniləri əsasında "Qasımuşağı" xalçaları toxuyacıyıq. Mərkəzdə işə əsasən laçınlılar cəlb olunub. Gənclərə də qədim adət-ənənələri öyrətmək istəyirik, bu, bizim borcumuzdur. Bunun üçün emalatxanaya kiçik ölçülü hanalar da gətirəciyik”.
Qeyd olunub ki, emalatxananın ərazisi 120 kvadratmetrdir. Burada 4 dəzgah var. Hər dəzgahda 2-3 nəfər işləyə bilir. Ümumilikdə emalatxanada 16 nəfər çalışır.
Emalatxanada müxtəlif ölçülərdə - böyük, kiçik və xırda ölçülü xalçalar toxunacaq.