Laçın şəhərinin quruculuğunda xidmətləri olan dövlət qurumları və şirkətlər mükafatlandırılıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün “Lacınema” Kino Mərkəzində baş tutan mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xudməti” ASC-nin, digər qurumların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edənlər bildirib ki, 30 il işğal altında qalan Laçın şəhəri dünyanı heyrətə gətirən bir sürətlə, qısa bir zamanda yenidən qurulub. Bu gün gözəl müasir şəhərə çevrilən Laçın şəhərinin quruculuğunda əvəzsiz xidmətləri olmuş dövlət qurumları və şirkətlər mükafatlandırılıb.