Bank Of Baku

Laçında yaradılıcıq mərkəzinin açılışı olub - FOTO

Laçında yaradılıcıq mərkəzinin açılışı olub - FOTO
# 28 dekabr 2023 12:57 (UTC +04:00)

Laçında daha bir müəssisə fəaliyyətə başlayıb.

APA xəbər verir ki, bu gün Laçında "Gilabi Ceramics" yaradılıcıq mərkəzinin açılışı olub. Mərasimdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xudməti” ASC-nin və ictimaiyyətin nümayəndələri iştirak edib. Mərkəzdə yaradılan şəraitlə tanışlıq olub. Bildirilib ki, Mərkəzdə Laçında hazırlanan müxtəlif əl işləri yenidən ərsəyə gətiriləcək, həmçinin laçın sakinləri işlə təmin olunacaq.

“Gilabi Ceramics” mərkəzinin rəhbəri Emin Ələkbərov deyib ki, Laçın şəhərində açılan "Gilabi Ceramics" yaradıcılıq mərkəzi qırmızı gilli keramika saxsının istehsalı ilə bərabər həm də yaradıcılıq mərkəzi olaraq fəaliyyət gösdərəcək.

Onun sözlərinə görə, bu müəssisə keramika istehsalı ilə məşğul olan bir məkan olacaq: "Düşünürəm ki, burada rəssamlar, qrafika, heykəltaraşlıq üzrə sənətkarlar fəaliyyət göstərə bilərlər”.

Qeyd olunub ki, mərkəzdə müxtəlif simpoziumların, incəsənətlə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub: “Mərkəz Laçın şəhərində bir incəsənət məkanı olaraq fəaliyyət göstərəcək”.

Mərkəz rəhbəri onu da bildirib ki, hazırda müəssisədə 8 rəssam fəaliyyət gösdərir: "Rəssamların bir qismi Bakıdan dəvət olunublar. Bakıdan gələn rəssamlar burada təlimlər keçir. İstəyirik burada daha çox bu bölgədən olan insanlar çalışsın. Gələcəkdə daha çox işçi çalışa biləcək. Məqsədlərimizdən biri də odur ki, burda istehsal olunan məhsullarda Laçına, Qarabağa aid olan elementlər təsvir olunsun. Ümumiyyətlə, mərkəzdə hazırlanan məhsullar yüksək peşəkarlıqla Azərbaycanı tanıdacaq, ölkəmizi təmsil edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR