Lənkəran və Astaranın kəndlərində təxliyə işləri başa çatıb - FOTO

Lənkəran və Astaranın kəndlərində təxliyə işləri başa çatıb - FOTO
# 27 iyun 2024 02:30 (UTC +04:00)

Lənkəran və Astarada təxliyə başa çatıb, texnikalar və şəxsi heyət mərkəzə qayıdıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, cənub bölgəsində qeyri-sabit hava şəraiti ilə bağlı Lənkəran və Astara rayonlarından Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə vətəndaşların düşdüyü çətinliyə görə məlumat daxil olub.

Dərhal sözügedən ünvanlara Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasedicilərinin 5 texnikası və 30 şəxsi heyəti cəlb olunub.

Xüsusi avadanlıqlar vasitəsilə Narbağı kəndindən bir ailənin 4 nəfərdən ibarət üzvü və Maşxan kəndindən bir ailənin 3 nəfər üzvü təxliyyə olunub.

Qeyd edək ki, güclü külək Lənkəran şəhərinin bir neçə istiqamətdə ağacları və budaqları yola aşırıb.

Hazırda yağışlı hava şəraiti davam edir.



***
00:00

Cənub bölgəsində qeyri - sabit hava şəraiti ilə bağlı iki rayonun iki kəndində təxliyə işləri görülür.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, axşam saatlarından başlayaraq cənub bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Cənub Regional mərkəzinin xilasetmə qüvvələri Lənkəran rayonunun Narbağı və Astara rayonunun Maşxan kəndində təxliyyə işləri aparırlar.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Elektrik enerjisinin verilişi dayanıb.

Küləklə müşahidə olunan yağış yağır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR