Bank Of Baku

Lənkəranda mal-qarasını gətirmək üçün örüş sahəsinə gedən kişi öldürülüb

Lənkəranda mal-qarasını gətirmək üçün örüş sahəsinə gedən kişi öldürülüb
# 30 may 2025 02:15 (UTC +04:00)

Lənkəranda qətl hadisəsi qeydə alınıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Vilvan kəndində baş verib.

Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib.

Onun sahədən qayıtmadığını görən yaxınları axtarış aparıblar. Axtarış zamanı V.Səbziyevin meyiti sahədə yol üstündə aşkarlanıb.

İlkin olaraq onun kəsici-deşici alətlə qətlə yetirildiyi məlum olub. Qətli kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR