Yaxın zamanda Lənkəranda qarışıq rejimli müasir penitensiar kompleks istismara veriləcək.
APA xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində 2023-ci ilin yekunları ilə bağlı müzakirədə bildirilib.
İclasda məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərə toxunulub, ötən ay Umbakı qəsəbəsində yeni inşa olunmuş qarışıq rejimli müasir penitensiar kompleksin istifadəyə verildiyi qeyd olunub.