Bank Of Baku

Lisey və gimnaziyalara qəbulla bağlı qərarda dəyişiklik edilib

Lisey və gimnaziyalara qəbulla bağlı qərarda dəyişiklik edilib
# 29 may 2025 09:39 (UTC +04:00)

Lisey və gimnaziyalara qəbulla bağlı qərarda dəyişiklik edilib.

APA xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib.

"Məlum olduğu kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir.

Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək", - məlumatda deyilir.

Qeyd edək ki, 2026-2027-ci tədris ilindən etibarən lisey və gimnaziyalara qəbul yalnız 7-ci siniflər üzrə həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR