Bank Of Baku

Malayziya səfiri azərbaycanlı jurnalistlərlə görüşüb - FOTO

Malayziya səfiri azərbaycanlı jurnalistlərlə görüşüb - FOTO
# 26 avqust 2022 11:59 (UTC +04:00)

Malayziya səfiri və Malayziyanın aparıcı universitetlərinin nümayəndələrinin jurnalistlərlə görüşü baş tutub.

APA xəbər verir ki, görüş zamanı Malayziya universitetlərinin üstün və fərqli cəhətləri diqqətə çatdırılıb.

Malayziyanın ölkəmizdəki səfiri Yubazlan Yusof qeyd edib ki, Malayziyanın 13 universiteti dünyanın qabaqcıl 600 universitetləri siyahısındadır: "Malayziya universitetlərinin digər dünya universitetlərindən kifayət qədər üstünlüyü var. Burada təhsilin keyfiyyəti ilə yanaşı, qiymət baxımından və təqaüd baxımından da üstünlükləri qeyd edə bilərik".

Çıxış edən universitet nümayəndələri də Azərbaycanlı tələbələrin dünyanın 100-dən çox ölkəsinin tələbələri kimi Malayziya universitetlərini seçmələrinin faydalı tərəflərindən danışıblar.

Həmçinin qeyd olunub ki, Bakıda dekabrın əvvəllərində Malayziya universitetlərinin də təhsil sərgisi baş tutacaq. Burada sözügedən universitetlər öz təhsil keyfiyyətlərini və özlərinin maraqlı tərəflərini təqdim edə biləcəklər.

Çıxışlar bitdikdən sonra jurnalistlərin sualları cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR