Məişət zorakılığıyla əlaqədar mühafizə orderlərinin sayı məlum olub

Məişət zorakılığıyla əlaqədar mühafizə orderlərinin sayı məlum olub
# 21 may 2025 11:01 (UTC +04:00)

Məişət zorakılığından zərər çəkmiş şəxslərə verilən mühafizə orderlərinin sayı məlum olub.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Məişət zorakılığından zərər çəkmiş şəxslərə verilən mühafizə orderlərinin 2024-cü ildə 325-i (2023-cü ildə 180-i) qısamüddətli, 34-ü (2023-cü ildə 16-sı) uzunmüddətli olmaqla, ümumilikdə 359 (2023-cü ildə 196) mühafizə orderi icraatda olub. Onlardan 338-i (2023-cü ildə 187-si) qadınlar, 21-i (2023-cü ildə 9-u) kişilər barədə verilib. Keçən il 190 (2023-cü ildə 139) mühafizə orderinin icrası təmin olunaraq icraatlarına xitam verilib, 12 (2023-cü ildə 3) mühafizə orderinin icraatına digər əsaslarla xitam verilib.

28 (2023-cü ildə 14) mühafizə orderi “İcra haqqında” qanunun 7 və 9-cu maddələri ilə geri qaytarılıb, 18-i ərazi aidiyyəti üzrə göndərilmiş, 111 (2023-cü ildə 29) mühafizə orderi növbəti hesabat dövrünə qalıq keçib. Mühafizə orderinin icrası ilə bağlı icra məmurunun tələblərinin yerinə yetirilmə-məsinə görə məhkəməyə protokol verilməyib.

Uzunmüddətli mühafizə orderi üzrə məhkəmə qərarlarının icra edilməməsinə görə borclular barədə cinayət məsuliyyətinə cəlb edilmə ilə bağlı təqdimat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR