Bank Of Baku

Məktəbdə sanitar qovşağın olmamasını ictimailəşdirən müəllimə töhmət verilməsinə aydınlıq gətirilib

Məktəbdə sanitar qovşağın olmamasını ictimailəşdirən müəllimə töhmət verilməsinə aydınlıq gətirilib
# 09 yanvar 2023 10:22 (UTC +04:00)

"İmişli rayonu Aranlı kənd tam orta məktəbində 3 sanitar qovşağı var. Məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq".

Mil-Muğan Regional Təhsil İdarəsindən APA-ya bildirilib ki, bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq:

"Məlumat üçün bildirək ki, həmin məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevaya 7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilib.

Qeyd edək ki, 2022-ci il ərzində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan 11 ümumi təhsil müəssisəsinin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib. Həmçinin 13 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb.

Eyni zamanda İmişli rayonu üzrə 5 məktəbin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib, 2 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR