Bank Of Baku

Məleykə Abbaszadə: “İxtisas seçimi çox erkən yaşda aparılanda, uşaqlar kimlərinsə təsiri altına düşür”

Məleykə Abbaszadə: “İxtisas seçimi çox erkən yaşda aparılanda, uşaqlar kimlərinsə təsiri altına düşür”
# 21 dekabr 2022 10:42 (UTC +04:00)

“Müşahidələrimiz göstərir ki, ixtisas seçimi çox erkən yaşda aparılanda, uşaqlar kimlərinsə təsiri altına düşür. Çox zaman valideynlərin təzyiqi altında sevmədikləri ixtisası seçir və yaxşı karyera qura bilmirlər”.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Gələcəyə hazır ol!" Karyera İnkişaf Forumunda deyib.

O bildirib ki, DİM Son 3 ildə bu istiqamətdə xüsusi bir metodika hazırlayıb:

"Bu metodika erkən yaşda şəxsin hansı istiqamətdə təhsil alarsa, uğurlu karyera quracağını müəyyənləşdirməyə imkan verir. Bunun üçün sorğular toplanıb və bir neçə nazirliklə 15-17 yaşlı uşaqlar arasında bu metodikanın tətbiqinə başlanılıb. Biz təbii ki, bu üsulla sadəcə məsləhət verə bilərik. Lakin bununla uşaqlara gələcək karyeralarını yaxşı qurmaları üçün düzgün istiqamət vermək olar".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR