Maydan sentyabra qədər meliorativ kollektorlarda balıq ovu qadağan olunub.
APA xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O bildirib ki, 2022-ci ilə qədər meliorativ kollektorlarda balıq ovu il boyu aparıla bilirdi:
“Lakin artıq mayın birindən sentyabrın birinə qədər bu ərazilərdə balıq ovu qadağan edilir”.