Bank Of Baku

MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib

MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
# 12 avqust 2025 15:19 (UTC +04:00)

2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə APA-ya MÜTDA məlumat verib.

Qeyd edilib ki, 6-11 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 2407 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Ümumilikdə isə müsabiqə üzrə 3958 namizəd müsahibə mərhələsində iştirak hüququ əldə edib.

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzu edirik.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR