MM komitə sədri: Ana və uşaqlar arasında böyük itkilərə səbəb olan xəstəliklər icbari sığortadan kənardadır

MM komitə sədri: Ana və uşaqlar arasında böyük itkilərə səbəb olan xəstəliklər icbari sığortadan kənardadır
# 29 noyabr 2023 16:25 (UTC +04:00)

İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı artır, amma bu gün ana və uşaqlar arasında böyük itkilərə səbəb olan xəstəliklər var ki, icbari sığortadan kənardadır.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, bu gün nə qədər analar süd vəzi xərçənginə tutulur, nə qədər uşaq leykozdan əziyyət çəkir:

"Onkoloji xəstəliklər üçün dərmanların nə qədər bahalı olduğunu yaxşı bilirsiniz. Bu istiqamətdə danışıqlar aparılıb. Amma yaxşı olardı ki, proses sürətləndirilsin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR