Bank Of Baku

MM komitə sədrləri cinsi seleksiya və erkən nikah problemlərinin həllinə diqqətin artırılmasını zəruri sayıb - VİDEO

Qənirə Paşayeva, Hicran Hüseynova

© APA | Qənirə Paşayeva, Hicran Hüseynova

# 20 dekabr 2022 12:32 (UTC +04:00)

“Cinsi seleksiya halları getdikcə daha da artır”

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı"nın müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, bu qədər işlərə, qanunvericilik sahəsində buna qarşı atılan addımlara baxmayaraq bu proses gedir: “Bu, gələcək üçün ciddi təhdidlər yaradır. Artıq 100 qıza 115 oğlan düşür. Bu mövzuya xüsusi diqqət ayırmalıyıq. İkincisi, uzun illər övlad sahibi ola bilməyən qadınlar var. Onlar ailə daxilində psixi, məişət zorakılığa məruz qalırlar. Süni mayalanma əməliyyatları icbari tibbi sığortaya daxil deyil, çox pul tələb edir. Səhiyyə Nazirliyinə müraciət edirəm. Qardaş Türkiyədə dövlət süni mayalanma ilə bağlı 2 dəfə şans verir, 3-cü dəfə vəsaitin yarısı dövlət tərəfindən qarşılanır. Bizdə də bu məsələlərə baxılmalıdır”.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, ölkədə erkən nikah halları var: “Bu nikahlar haqqında statistik məlumatları 15-17 yaşlı qızlar tərəfindən doğulan uşaqların sayına görə təxmini müəyyən etmək olur, nəzarət funksiyaları gücləndirilməlidir. Doğulan uşaqlar arasında cinsi ayrı-seçkilik halları da mövcuddur. Bu və digər hallar gender əsaslı və məişət zorakılığı cinayətlərinə səbəb olur. Əfsuslar olsun ki, hər birimiz bu cinayətlərin ağır fəsadlarını görürük”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR