Bank Of Baku

Monitorinq İdarəsi: Azad olunmuş ərazilərdəki çayların çirklənmə səviyyəsi daimi nəzarətdədir

Monitorinq İdarəsi: Azad olunmuş ərazilərdəki çayların çirklənmə səviyyəsi daimi nəzarətdədir
# 24 fevral 2023 16:20 (UTC +04:00)

"İşğaldan azad olunmuş ərazilərdəki çayların çirklənmə səviyyəsi daimi nəzarətdədir".

APA xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş bölgələrdə kompleks monitorinq tədbirləri həyata keçirilir:

"Tədbirlərin bir parçası kimi transsərhəd çaylarımızda 10 gündən bir laborator təhlillər aparılır. Digər çaylarda, su anbarlarında isə ayda bir dəfə monitorinq keçirilir, daim çirklənmə səviyyəsi nəzarətdə saxlanılır. Transsərhəd çaylarımızdan Oxçuçay ifrat dərəcədə çirklənməyə məruz qalıb. Bir neçə gün əvvəl növbəti monitorinq keçirdik, laborator yoxlamar apardıq. Məlum oldu ki, çayın tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə artıqdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR