Bank Of Baku

“Müasir Azərbaycan dili” kitabının II cildi nəşr olunub

“Müasir Azərbaycan dili” kitabının II cildi nəşr olunub
# 26 dekabr 2022 12:27 (UTC +04:00)

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarına əsasən “Müasir Azərbaycan dili” kitabının II cildi ( Leksikologiya) çap olunub.

AMEA-dan APA-ya verilən xəbərə görə, kitabın baş redaktoru Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, redaktorları professor İsmayıl Kazımov, filologiya elmləri doktoru Nərgiz Hacıyeva, rəyçiləri professorlar Mahirə Hüseynova, Sevil Mehdiyeva və İsmayıl Məmmədlidir.

“Müasir Azərbaycan dili” kitabında dilimizin leksik strukturunun müasir vəziyyəti geniş təhlil edilib.

1152 səhifədən ibarət olan kitabda Leksikologiyanın bölmələri, “Söz nəzəriyyəsi”nə giriş, Leksikologiyanın yeni tipləri, qohumluq, temporal, emosinal və emotiv leksika, semasiologiya, mənşəcə Azərbaycan dilinin lüğət tərkibi, üslubca leksikası, istifadə dairəsinə görə söz qrupları, söz yaradıcılığı, frazeologiya leksikoqrafiya haqqında geniş hissələr öz əksini tapıb.

Akademik leksikologiyanın hazırlanması kollektiv əməyin məhsuludur. Kitab leksikologiya, semasiologiya, frazeologiya, söz yaradıcılığı, lüğətçilik və s. dilçilik bölmələrinin ən son nailiyyətləri əsasında yazılıb. Burada ənənəvi, normativ leksikologiya ilə yanaşı, bu sahənin yeni aspekt və istiqamətlərini əhatə edən funksional leksikologiya, koqnitiv leksikologiya və assosiativ leksikologiya kimi yeni məsələlərə yer verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR