Bank Of Baku

Mübariz Əhmədov: Məhkumların bir çoxunun peşə öyrənməyə böyük marağı var

Mübariz Əhmədov: Məhkumların bir çoxunun peşə öyrənməyə böyük marağı var
# 25 iyun 2025 17:45 (UTC +04:00)

Şifahi sorğu keçirərək müəyyən etdik ki, bir çox məhkumda peşə öyrənməyə böyük maraq var.

Bunu APA-ya müsahibəsində Ədliyyə nazirinin müavini Mübariz Əhmədov deyib.

O qeyd edib ki, xüsusilə gənclər arasında peşə təhsili öyərnməyə motivasiya yüksəkdir: “Bunun səbəbi sadədir – azadlığa çıxdıqdan sonra iş tapmaq imkanları real şəkildə artır. Hətta bir sıra hallarda müəssisə daxilində keçirilən təlim və müsabiqələr zamanı onların göstərdiyi nəticələr çox ümidverici olub”.

Nazir müavini əlavə edib ki, bu addım məzunlara real iş tapmağa da imkanlar yaradacaq: “Dövlət Məşğulluq Agentliyi və özəl sektorla əməkdaşlıq edərək peşə təhsili almış məhkumların azadlıqdan sonra işlə təmin olunmasını dəstəkləyəcəyik. Eyni zamanda, sertifikatların ölkə üzrə tanınması və rəsmi şəkildə qəbul edilməsi də təmin olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR