Silahlı Qüvvələr Günü münasibətilə iyunun 26-da müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
APA Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi hörmət və ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanına gələrək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub.
Ziyarət vaxtı general-polkovnik Kərim Vəliyev şəhidlərin ailə üzvləri və yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib və aidiyyəti üzrə müvafiq göstərişlər verib.
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib - VİDEO
26 iyun 2022 17:37 (UTC +04:00)
Sosial
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib
19:11
6 may 2024
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər
18:06
6 may 2024
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
16:38
6 may 2024
Magistraturaya qəbul olmaq istəyənlərə şad xəbər: UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb
16:27
6 may 2024