Bank Of Baku

Müğənni Rüfət Axundovun avtomobili saxlanılaraq duracağa yerləşdirilib - VİDEO

Müğənni Rüfət Axundovun avtomobili saxlanılaraq  duracağa yerləşdirilib - VİDEO
# 17 dekabr 2023 19:49 (UTC +04:00)

Müğənni Rüfət Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olun duracağa yerləşdirilib.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.

Qeyd edək ki, Rüfət Axundov yol-hərəkət qaydalarına əməl etməyib. Müğənni Bakıda aeroport yolunda sürət həddini aşıb. Mərdəkan istiqamətində hərəkətdə olan R.Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127 km/saatla sürüb. Bundan başqa o, yağışlı havada “sürüşkən yol” xəbərdarlığına da məhəl qoymayıb. Müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR