Bank Of Baku

Nadir Zeynalov: Transplantasiya əməliyyatlarının sayının artması gözləmə siyahısına təsir etmir

səhiyyə nazirinin müavini Nadir Zeynalov

© APA | səhiyyə nazirinin müavini Nadir Zeynalov

# 31 yanvar 2026 11:41 (UTC +04:00)

Azərbaycanda transplantasiya əməliyyatlarının sayı artsa da, gözləmə siyahısındakı şəxslərin sayı azalmır.

APA xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deyib.

N.Zeynalov bildirib ki, Azərbaycanda orqan transplantasiyasına tələbat o qədər çoxdur ki, əməliyyatların sayının çoxalması gözləmə siyahasındakı sayı azalda bilmir: “Ümid edirik ki, orqan transplantasiyası üçün donor olmaq istəyənlərin sayı artar və gözləmə siyahısında olan şəxslərə bir ümid olar".

Onun sözlərinə görə, gələcəkdə transplantasiya əməliyyatlarına ehtiyac olmaya bilər: “Tibbin inkişafı sayəsində gələcək illərdə transplantasiya əməliyyatlarına ehtiyacın azalması ehtimalı var. Lakin bu, çox uzaq gələcəkdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR